"Milli-mənəvi dəyərlər və islam həmrəyliyi" mövzusunda mühazirə keçirilmişdir.
Məktəbimizdə Dini Qurumlar üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları tərəfindən "Milli-mənəvi dəyərlər və islam həmrəyliyi" mövzusunda mühazirə keçirilmişdir.Tədbiri giriş sözü ilə məktəbin direktoru Akif Əliyev açaraq "İslam Həmrəyliyi ili"ilə əlaqədar görülən işlər barədə məlumat vermiş, şagirdlərə zərərli radikal dini cərəyanların insanları cəlbetmə üsulları haqqında söhbət etmişdir. Şöbənin əməkdaşları Aslan Sultanov və Vasif Musayev məruzə ilə çıxış etmişlər. Sonda Komitənin dəstəyi ilə hazırlanmış "Fitnə" filmi nümayiş etdirilmişdir.