"Mən həyatı seçirəm" layihəsi çərçivəsində tədbir keçirilmişdir

02.03.2017-ci il tarixdə M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Mən həyatı seçirəm" adlı layihə çərçivəsində IX və X sinif şagirdləri və onların valideynləri üçün seminar keçirilmişdir. Komitənin mütəxəssisləri Gülnarə Məmmədova, Aynur Veysəlova, Seymur Məmmədov valideynlər üçün seminarda valideyn-uşaq münasibətləri, müəllim və valideynlər arasında əlaqələrin qurulması, ailədə baş verən konfliktlərdən qorunmaq yolları haqqında söhbət aparmış, valideynlərin suallarına cavab vermişlər. Komitənin digər iki əməkdaşı-Səmra Əliyeva və Azər İsalı isə şagirdlər üçün seminarda zərərli vərdişlərə qarşı mübarizə, internet təhlükəsizliyi, yeniyetməlik dövrünün problemləri, reproduktiv sağlamlıqla bağlı uşaqları məlumatlandırmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi