60 illik tariximiz

25 may 2024 – cü il tarixində Bakı şəhəri M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbin 60 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Yubiley tədbirində məktəbin fəaliyyətə başladığı il (1964 – cü ildə) 1 – ci sinfə gələn və 1974 – cü ildə məktəbi bitirən məzunlar, hansı ki, onların məktəbi bitirdikləri ildən 50 il ötürdü, məktəbin ilk direktoru olmuş Cuma Mustafayevin qızı Sevil Mustafayeva, sonrakı illərdə uzun müddət məktəbin direktoru işləmiş Məmməd Qənbərov, Akif Əliyev, qonşu məktəblərin direktorları, məktəbin adını daşıdığı Sovet ittifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Hüseynzadə, BŞTİ – nin ümumi təhsilin təşkili sektorunun baş məsləhətçisi Ofelya Salmanova, BDU – nin prorektoru, eyni zamanda məktəbin məzunu Fərda İmanov, məktəbin şəhid məzunu Rauf Əliyevin ailə üzvləri, məzun qazilər, təqaüdçü müəllimlər, məktəbin pedaqoji heyəti, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin direktoru Nailə xanım Cəfərovaya tədbirin açılışını etmək və qonaqları salamlamaq üçün söz verilib. Əvvəlcə tədbir iştirakçılarına məktəbin 60 illik tarixini əks etdirən qısa videoçarx nümayiş etdirilib. Tədbir boyunca idtedadlı şagirdlər vətənpərvər mövzuda və məktəb həyatını əks etdirən səhnəciklər oynayıblar. Məktəbin qızlardan ibarət rəqs qrupu çıxış edib, ifaçılıq bacarığı olan şagirdlərin biri – birindən gözəl nəğmələri dinlənilib. Akt zalında təşkil edilən tədbirdə  qonaqlara ürək sözlərini demək üçün söz verilib. Yaşıl Dünya Naminə Həmrəylik İli ilə əlaqədar tədbirin davamı məktəbin həyətyanı sahəsində baş tutub.

Qonaqlar məktəbin həyətində salınmış yaşıl zona ilə tanış olub, sərgilərə baxıb və ibtidai sinif şagirdlərinin hazırladığı fləşmobu izləyiblər. Sonda qonaqlar məktəbin foyesində təşkil edilmiş çay süfrəsinə dəvət olunublar.

https://www.facebook.com/100076324954073/videos/300173306499590/

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi