İntellektual yarış keçirilib

Məktəbin IV sinif şagirdləri arasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş intellektual yarış keçirilib. Yarışda 4 "A" sinfinin "Asiman", 4 "B" sinfinin "Zəka", 4 "C" sinfinin "Günəş", 4 " Ç" sinfinin "Təbiət", 4 "D" sinfinin "Nur" komandası, ümumilikdə 5 komanda iştirak edib. Əvvəlcə dövlət himni səsləndirilib, daha sonra yarışın şərtləri tədbir iştirakçıkarının diqqətinə çatdırılıb. İki mərhələli keçirilən intellektual yarışda şagirdlərə ümumi dünyagörüşü, həyat bilgisi, idman və. s sahələrdən suallar ünvanlanıb. Məktəbin müəllimlərindən təşkil olunmuş münsiflər heyətinin verdiyi xallara əsasən 4 "B" sinfinin "Zəka" komandası yarışın qalibi seçilib.

Məktəbin direktoru Nailə Cəfərova "Zəka" komandasının üzvlərini ürəkdən təbrik edib, onları yeni - yeni nailiyyətlər arzulayıb. Nailə xanım eyni zamanda bütün tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Bədii hissədə 2 "C" sinif şagirdlərinin maraqlı təqdimatları, şən mahnıları tədbiri daha əyləncəli və rəngarəng edib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi