Reproduktiv sağlamlıq
"Reproduktiv sağlamlıq" layihəsi çərçivəsində "Reproduktiv sağlamlıq nədir? " və "Yeniyetmələrin sirləri" (qızlar üçün şəxsi gigiyena qaydaları) başlığı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə ARTİ - nin aparıcı mütəxəssisi Bənövşə Tağıyeva və məktəb psixoloqu Rəna Abdullayeva reproduktiv sağlamlıq haqqında, o cümlədən şəxsi gigiyena qaydalarına əməl etməyin yolları barədə şagirdlərə ətraflı məlumat veriblər. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.