“Tarixin qan yaddaşı” ədəbii-bədii tədbir keçirilmişdir
Məktəbimizin akt zalında 20 Yanvar faciəsinin 27-ci ildönümünə hərs olunmuş “Tarixin qan yaddaşı” adlı ədəbii-bədii tədbir keçirilmişdir.Ssenarisi 10c sinif şagirdi Əlizadə Pərviz olan tədbirdə 7,9,10-cu sinif şagirdləri tarixi faktlardan,faciənin səbəbləri və nəticələrindən danışılmış, şeirlər söylənmiş, səhnəciklər nümayiş etdirmişlər, 20 Yanvar faciəsini əks etdirən videoçarx izlənilmişdir. Sonda bir dəqiqəlik sükutla şəhidlər yad edilmişdir.