Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin yaradıcısıdır
30 aprel 2015-ci il tarixdə M.Hüseynzadə adına 19 nömrəli məktəbin akt zalında H.Əliyevin anadan olmasının 92 illiyi münasibətilə tədbirlər silsiləsindən “Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin yaradıcısıdır” mövzusunda konfrans keçirilmişdir. Konfrans iştirakçılarını salamlayan məktəb direktoru böyük filosof Sokratın “Dahilər müzakirə olunmur, öyrənilir” misalını gətirməklə məktəbli tədqiqatçıların bu konfransa ciddi hazılaşdıqlarını söylədi. Konfransda məktəbin tarix müəllimi Bəkir İsgəndərov, VIII b sinif şagirdi Habil Namazov və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin ömür salnaməsini dönə-dönə səhifələdilər, onun dövlət quruculuğu, təhsil sahəsindəki islahatlarının tarixindən danışdılar. Qeyd etdılər ki, onun şərəfli ömrü elə yaşadığımız, sevdiyimiz, fəxr etdiyimiz müasir Azərbaycanın tarixidir. Konfrans iştirakçıları ümummilli liderin şərəfli həyat, mübarizə tarixinə həsr edilmiş filmə baxdılar. Sonra aparıcılar IV ə sinif şagirdləri Rəhimə, Ramal,Murad və Röya ədəbi-bədii hissədə şagirdləri şeir söyləməyə, nəğmə oxumağa dəvət etdilər. Məktəbin şagirdləri Mirhəmid, Əli skripka və sazda mahılar ifa etdilər, Səbinə, Mövla,Elgün, Şamil, Firuzə, Fatimə, Elza və başqaları Heydər Əliyevə həsr edilmiş şeirlər söylədilər və mahnılar oxudular. Gələcəkdə birinci sinfə gedəcək Aysu, Əli, Aylin və Zeynəbin birlikdə söylədikləri “Heydər baba” şeiri alqışlarla qarşılandı. Konfransın sonununda məktəbin direktoru çıxış edərək bildirdi ki, şagirdlərimizin ulu öndərin həyatı ilə bağlı tədqiqatları hamımızı sevindirməlidir. Çünki o, həyatı gələcək nəsillərə örnək olan dahi bir şəxsiyyətdir. Tədbirin sonunda konfransın təşkilatçılarına,məktəbin müəllimləri Vəsilə Namazova, Mətanət Nəcəfovaya təşəkkür edildi, fərqlənən şagirdlərə məktəbin fəxri fərmanları təqdim edildi.