“Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində təlim keşirilmişdir

17 aprel 2015-ci ildə Nəsimi rayonundakı 19 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Ümidli Gələcək Gənclər Təşkilatı ilə birlikdə “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində VI-VII siniflərin qızları üçün təlim keçmişlər. Ümidli Gələcək Gənclər Təşkilatının təlimçisi və məktəbin həkimi Nəzakət Ağayeva tədbir zamanı reproduktiv sağlamlıqla bağlı şagirdləri məlumatlandırmış, onları maraqlandıran suallara cavab vermişlər. Tədbirin sonunda şagirdlərə təlimin mövzusuna aid buklet paylanmış, Təşkilatın nümayəndəsi tədbirin təşkili və keçirilməsinə lazımı şərait yaratdığı üçün məktəb rəhbərliyinə təşəkkürünü bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi