Qarabağ tarixi: əsl həqiqət və erməni yalanı

16 aprel 2015-ci ildə Nəsimi rayonundakı M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə ” Qarabağ tarixi: əsl həqiqət və erməni yalanı” adlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları, qonaqlar müqəddəs torpaqlarımız uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Məktəbin direktoru tədbiri açaraq söylədi ki, milli-tarixi facilərimizin qan yaddaşımızda möhkəmlənməsi, unudulmaması üçün aparılan işlər ziyalılarımızın mənəvi borcudur. O, Amerika tədqiqatçısı Səmuyel A.Uimzin yazdığı “Ermənistan-terrorçu “xristian” ölkənin gizlinləri” kitabından “ermənilər doğum günündən başlayaraq türklərə və müsəlmanlara nifrət hissi ilə tərbiyə olunur” fikrini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Sonra məktəbin tarix müəllimi Bəkir İsgəndərov Qarabağın tarixi ilə bağlı geniş məruzə etdi. Sinif rəhbərləri Samirə Hüseynova və Arzu Pirinin təşkilatçılığı məktəbin VI d və V b sinif şagirdləri müxtəlif dillərdə Qarabağa həsr edilmiş şeerlər söylədilər,mahnılar oxudular və əsərlərdən səhnəciklər göstərdilər. Tədbir şagirdlərin ifasında “Qarabağ şikəstəsi” ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi