Qala Dövlət Tarix-Etnoqrafiya qoruğu ərazisindəki Arxeologiya və Etnoqrafiya kompleksinə ekskursiya

14 aprel 2015-ci il tarixdə M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbin şagirdləri Qala Dövlət Tarix-Etnoqrafiya qoruğu ərazisindəki Arxeologiya və Etnoqrafiya kompleksinə ekskursiyaya getmişlər. Muzeyin əməkdaşı şagirdlərə muzeyin tarixi haqqında məlumat verərək demişdir: “Arxeoloji Etnoqrafik Muzey Kompleksi” 2008-ci ildə Heydər Əliyev adına fondun təşəbbüsü və rəhbərliyi ilə Qala qoruğu ərazisində açıq səma altında yaradılıb. “Qala” Dövlət tarix-etnoqrafiya qoruğu isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qala qədim yaşayış məskənidir.Belə ki, onun tarixi 5000 il əvvələ aiddir. Muzey kompleksi ərazisində Azərbaycana, xüsusən də Qalaya və Abşeron yarımadasına xas olan arxeoloji memarlıq abidələri toplanılıb və bərpa olunub. Bu ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, arxealoji abidələr, həmin dövrə aid olan yaşayış məskənləri, orta əsrlərə aid yaşayış və başqa memarlıq nümunələri və s. ilkin görünüşündə qurulub. Müasir muzey və abidələrin mühafizəsi tələblərinə uyğun olaraq 1,5 ha ərazidə Abşeronun tarixi incilərini seyr etmək üçün şərait yaradılıb”. Sonra şagirdlər muzeydəki stendlər,nümaiş olunan qayaüstü rəsmlər, muzey yaradılarkən arxeoloji qazıntılar zamanı aşkarlanmış və konservasiya olunmuş özüllərə baxmış, ilk dəfə olaraq şərqi Abşeron abidələrinə 1941-ci ildə diqqət yetirən o zamankı tədqiqatçı alim İ.M.Cəfərzadə tərəfindən tapılan materiallarla tanış olmuşlar. Ekskursiya zamanı “Dublalı ev”, “Dəyirman daşı”,”Kəhriz”, “Ovdan”, “Büt daşlar”,”Alaçıq”,”Toyxana”, “Zirə qədim yaşayış məskəni”, “Məhəllə bazarı”, “Kurqanlar”,”Türkan kurqanı”,”Dübəndi kurqanı”,”Xırman” və “Qavaldaş” şagirdlərin marağına səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi