Müəllimlərimizi təbrik edirik
Məktəbimizin qoşulduğu layihələrdən biri də “TOPs proqramı- fiziki tərbiyə üzrə müasir təhsil texnologiyalarının yaradılması” layihəsidir. Layihə çərçivəsində keçirilən müsabiqədə məktəbimizin fiziki tərbiyə müəllimləri Yetər Abdullayeva və Məsumə Məmmədova “Ən yaxşı açıq dərs” nominasiyası üzrə II yeri tutmuş, təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışlar. Qalib müəllimlərimizi təbrik edirik.