“Məktəb icması” layihəsi üzrə tədbir keçirilmişdir
“Community.az”-ın dəstəyi, “Dərs Evi” innovativ tədris mərkəzinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində seminar keçirilmişdir.Tədbirdə 8,9 və 10-cu sinif şagirdləri, onların valideyinləri iştirak etmişdir. Seminarda Təhsil Nazirliyinin “Məktəb icmları” layihəsinin koordinatoru İradə Heydərova, “Dərs Evi” innovativ tədris mərkəzinin mütəxəssisləri Turanə Hüseynli, Vəfa Əhmədova şagird və valideyinlərə “Qəbul imtahanlarına necə hazırlaşmalı”, “Valideyinlər qəbul imtahanına hazırlaşan övladlarına necə kömək edə bilərlər” mövzusunda təqdimat etmiş, onların suallarına cavab vermişlər. Sonda məktəbin direktoru Akif Əliyev seminarın təşkilatçılarına minnətdarlığını bildirmişdir.