“Kitabı-Dədə Qorqud” eposunun tədqiqinə aid konfrans keçirilmişdir

13 aprel 2015-ci il tarixdə M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə “Kitabı-Dədə Qorqud” eposunun tədqiqinə aid konfrans keçirilmişdir. Akt zalında keçirilən konfransı məktəbin direktoru açaraq Türk dünyasının ortaq dastanları haqqında qısa məlumat vermiş, şagirdlərimiz tərəfindən bu dastanların tədqiqinin aparılması və bu haqda onların öz təqdimatlarını şagird yoldaşlarına təqdim etməsini müsbət təşəbbüs kimi qiymətləndirmişdir. Sonra Bakı Türk Anadolu Liseyinin şagirdləri Azadə Ağayeva, Aydan İsmixanlı ,Cərulla Xəlilli, Murad Çadır Türk dünyasının ortaq dastanı olan “Kitabı-Dədə Qorqud” eposunun Alman dilinə tərcümə edilməsinin 200 illiyi ilə əlaqədar apardıqları araşdırmalarını təqdim etmişlər. Araşdırmalara həsr edilmiş təqdimatların nümayişi ilə keçən konfrans şagirdlərin marağına səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi