Əziz Şuşa, sən azadsan!
“Şuşa ili” ilə bağlı tədbirlər Planına uyğun olaraq tədbirlərin keçirilməsinə başlanılıb. Bununla əlaqədar məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” nın fəaliyyət planına bir sıra tədbirlər daxil edilib.
Aprel ayının 28 – də məktəbin tarix müəllimi Arzu Piri KA – nın humanitar elmlər istiqaməti üzrə fəaliyyət göstərən bir qrup 8, 9 və 10 – cu sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil etdi. Dəyirmi masada “Şuşanın tarixi, bu günü və sabahı” adlı mövzu üzrə şagirdlərin hazırladıqları məruzələr dinlənildi. Məktəbin 10 “A” sinif şagirdi Elnur İsmayılzadə mövzuya dair hazırladığı təqdimatı nümayiş etdirdi. Qarşılıqlı diskussiya və fikir mübadiləsi ilə keçən tədbirdə şagirdlər apardıqları araşdırmaların nəticəsi ilə dinləyənləri tanış etdilər. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa haqqında 8 “Ç” sinif şagirdlərinin əldə etdiyi bilmədiyimiz maraqlı tarixi faktlar, tanınmış şəxsiyyətlər barəsində ətraflı məlumatlar tədbir iştirakçılarının böyük diqqətinə səbəb oldu.