Məktəbimizdə ADPU-nun tələbələri pedaqoji təcrübədə olmuşlar
ADPU-nun Tarix və coğrafiya fakültəsinin bir qrup tələbəsi 19 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə olmuşlar. Metodist , professor Mais Əmrahov, müəllim Püstəxanım Balayevanın rəhbərliyi ilə tələbələr açıq dərslər aparmış, dinlənilən dərslər təhlil edilərək qiymətləndirilmiş və müvafiq tövsiyələr verilmişdir.Pedaqoji təcrübənin sonunda məktəb rəhbərliyi məktəb tədbirlərinin təşkilində daha çox fərqlənən tələbələrə təşəkkür etmiş, onlara fəxri fərman təqdim etmişdir.