Məktəbimiz müsabiqənin qalibi olmuşdur
Nəsimi rayonundakı M.Hüseynzadə adına 19 nömrəli məktəb Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkil etdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” müsabiqəsinə qoşulmuşdu. Məktəb həmin müsabiqənin nəticələrinə görə Komitənin Fəxri Fərmanı ilə təltif edilmişdir.Bu günlərdə həmin Fəxri Fərmanı ATİAHİRK-nin Nəsimi rayon təşkilatının sədri Fazil Sadıqov pedaqoji kollektivə təqdim etmişdir.