"Sən sahibkarsan" layihəsi çərçivəsində Vahid dərs keçilmişdir

Məktəbimizdə "Sən sahibkarsan" layihəsi çərçivəsində Vahid dərs keçilmişdir.Şagirdlərdə sahibkarlıq təfəkkürünün formalaşmasına müsbət təsirini nəzərə alaraq müəllimlər sahibkarlıq nədir, fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması qaydaları haqqında danışmış, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında "Sahibkarlar Günün"nün təsis edilməsi haqqında" 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən ölkəmizdə bu il ilk dəfə 25 aprel "Sahibkarlar Günü" kimi qeyd edildiyini şagirdlərin diqqətinə çatdırmışlar. Vahid dərslərdə məktəbin müəllimi Arzu Piri, Rəna Abdullayeva, Kəmalə Piriyeva , eləcə də məktəbin direktoru Akif Əliyev Azərbaycanda sahibkarlığın tarixi haqqında məlumat vermiş, dövlət başçımızın sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açmışlar. .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi