Milli-tarixi faciələrimizi dərindən öyrənək (31 Mart-Azərbaycanlıların Soyqırımı Günü)

Nəsimi rayonundakı M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə “Milli-tarixi faciələrimizi dərindən öyrənək” devizi ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdən əvvəl qonaqlar, müəllim və şagirdlər məktəbin foyesində hazırlanmış guşədə soyqırımla bağlı məktəb şagirdlərinin hazırladıqları stendlərə, şəkillərə baxmış, həmin hadisələrdən bəhs edən kitablardakı məlumatlarla tanış olmuşlar. Məktəbin akt zalında davam edən tədbir soyqırım şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri açıq elan edən məktəbin direktoru ulu öndərimiz Heydər Əliyevin milli ideologiyanın formalaşdırılması və azərbaycançılığın inkişafı üçün imzaladığı mühüm fərmanlar haqqında məlumat verdi, əsl Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında möhtərəm prezidentimiz İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun gördüyü məqsədyönlü işlərin mahiyyəti və əhəmiyyətindən danışdı. Tədbirdə məktəbin tarix müəllimləri Bəkir İsgəndərov, Sona Əsgərova,tədbirə qonaq kimi dəvət edilmiş Azərbaycan Dövlət Din Tarixi Muzeyinin elmi işçisi Gülçöhrə Rəhimova çıxış etmiş, şagirdlərə öz tövsiyələrini vermişlər. Tədbirin sonunda Akif Əliyev məktəbin müəllimlərinə müraciətlə bir daha qeyd etmişdir ki, Azərbaycanın milli-tarixi faciələrinin dərindən öyrənilməsi və gənc nəslin qan yaddaşının möhkəmləndirilməsi hər bir ziyalının vətəndaşlıq borcudursa, biz müəllimlərin həm də vəzifə borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi