Qəhrəman şəhidlərimizi hörmətlə anırıq!

            Məktəbin məzun şəhidi Rauf Əliyev Səxavət oğlu 44 günlük Vətən müharibəsində könüllü iştirak edərək 2020 – ci il oktyabr ayının 22 – də şəhadətə yüksəlmişdir. Bununla əlaqədar oktyabr ayının 19 - u məktəbdə Rauf Əliyevin əziz xatirəsinə həsr olunmuş Anım Günü tədbiri təşkil edildi.

            Tədbirdə şəhidin ailə üzvləri, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının humanitar məsələlər üzrə  müavini Gülarə Verdiyeva, Humanitar şöbənin əməkdaşı Emin Hüseynov, təhsil aldığı müddətdə Raufa dərs deyən müəllimlər, məktəb rəhbərliyi, şagird kollektivi iştirak etdi. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Vəsilə Namazovanın məktəbin bir qrup istedadlı şagirdlərinin iştirakı ilə hazırladığı Anım Günü tədbirində şəhidin keçdiyi şərəfli ömür və döyüş yolundan danışıldı, maraqlı kompozisiyalar, şeir nümunələri və səhnəciklər təqdim olundu.

            Tədbirin sonunda məktəb direktoru Nailə Cəfərova, NİH – nin müavini Gülarə Verdiyeva çıxış edərək ürək sözlərini dilə gətirdilər. Çıxış edənlər şəhidin valideynləri Xavər xanıma və Səxavət bəyə Rauf kimi vətənpərvər, mərd oğul böyütdükləri üçün təşəkkür etdilər. Şəhidin valideynləri öz nitqlərinda təsirli və qürur dolu məqamlara toxundular, qeyd etdilər ki, Rauf Ali Baş Komandan tərəfindən növbəti dəfə medalla – “Fizulinin azad olunması” medalı ilə təltif edilib. Xatırladaq ki, qəhrəman şəhidimiz Rauf Əliyev bundan əvvəl iki medala – “Xocavəndin azad olunması” və “Vətən uğrunda” medallarına layiq görülmüşdür.

Tədbirin sonunda şəhidin ailə üzvləri tədbirin təşkilinə görə məktəb rəhbərliyinə minnətdar olduqlarını bildirdilər. Allah şəhidlərə rəhmət eləsin! Unutmayaq, Unutdurmayaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi