“Son zəng” tədbiri keçirilmişdir
14 iyun 2016-cı il tarixdə M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilmişdir.Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsi, Nəsimi rayonu İcra Hakimiyyəti, bir çox Universitetlərin nümayəndələri, valideynlər iştirak etmişlər. Tədbiri məktəbin direktoru Akif Əliyev açaraq son tədris ilində məktəbin qazandıöı nailiyyətlərdən söhbət açmış, dövlətimizin təhsilə, gənc nəslin sağlam düşüncəli vətəndaş kimi yetişməsində həyata keçirdiyi tədbirlər haqqında danışmışdır. Müxtəlif müsabiqələrdə qalib olan məktəb şagirdləri tərifnamə ilə təltif edilmişlər. Qonaqlar, eləcə də bütün çıxış edənlər məzunlara uğurlar arzulamışlar. Tədbir 11-cilərin çıxışları ilə davam etmişdir.