Nizami Gəncəvi – 880

            2021 - ci ilin “Nizami ili” elan olunması ilə əlaqədar məktəbdə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş  silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri “Yay məktəbi”nin fəal üzvləri, 7 “E” sinif şagirdləri və sinif rəhbəri Vəsilə Namazova tərəfindən təşkil edildi.

            İyun ayının 30 – da məktəbin həyətyanı sahəsində məhdud sayda məktəb heyətinin iştirakı ilə görkəmli şair, mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş maraqlı bir ədəbi – bədii gecə keçirildi. Şairin poemalarından bir neçə hissə səhnələşdirildi. “Kərpickəsən kişinin dastanı”, “Zalım şahla zahidin hekayəsi”, “Yaralı uşağın hekayəsi” və.s əsərlərində insanları zəhmətə, ədalətə, mərhəmətə, yardımlaşmağa, sülhə çağıran dahi ədibin yaratdığı maraqlı obrazlar tədbir iştirakçılarının böyük diqqətinə səbəb oldu.

            Tədbirin sonunda məktəbin direktoru Nailə Cəfərova çıxış edərək şagirdlərə və Vəsilə müəlliməyə ilboyu tədbirlərdə, eyni zamanda “Yay məktəbi”ndə fəal iştirakları üçün təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi