Nizami Gəncəvinin əsərlərinin müzakirəsi
Məktəb kitabxanasında “Nizami ili” ilə əlaqədar Nizami Gəncəvi irsinin təbliği və əsərlərin müzakirəsi istiqamətində bir neçə tədbir keçirilmişdir. İyun ayının 8 – də kitabxana müdiri Sevinc Hüseynova VI sinif şagirdlərinin iştirakı ilə karantin rejimi qaydaları gözlənilməklə “Kərpickəsən kişinin dastanı” və “Xeyir və Şər” əsərinin müzakirəsinin təşkil etdi.
Müzakirə dəyirmi masa formatında keçirildi. Şagirdlər hər iki əsərdən müəyyən parçalar oxudu və əsərin əsas qəhrəmanları haqqında öz fikirlərini, mülahizələrini irəli sürdülər. Sevinc müəllimə şagirdlərə əsərlərin tərbiyəvi əhəmiyyətindən danışdı. Şagirdlərə dahi mütəfəkkir, görkəmli şair Nizami Gəncəvinin əsərlərində hər zaman ehtiva olunan zəhmətsevərlik, dostluq, sədaqət, yardımsevərlik və.s kimi insani hisslərin aşılandığı bir daha nəzərə çatdırıldı. Tədbir iştirakçılarının qarşılıqlı diskussiyası ilə keçən tədbir çox maraqlı və səmərəli oldu.
Yubiley ili ərzində belə tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulmuşdur.