Ədəbiyaşar Şəhidlər

44 günlük Vətən müharibəsində qəhrmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, məktəbin məzunu Rauf Səxavət oğlu Əliyevin doğum günü münasibəti ilə məktəbdə onun üçün düzəldilmiş xüsusi guşənin qarşısında iyun ayının 4 - də anım tədbiri keçirildi. Karantin rejimi qaydaları gözlənilməklə təşkil olunan tədbirə şəhidin ailə üzvləri, sinif yoldaşları və tələbə yoldaşları, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi, müəllimlər dəvət olundu. Tədbiri məktəbin rəhbəri Nailə Cəfərova çıxış sözü ilə açaraq tədbir iştirakçılarını salamladı və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra 3 "E" və 7 "E" sinif şagirdlərinin təqdimatında vətənpərvərlik ruhunda bədii kompozisiyalar, şeirlər və kiçik həcmli səhnəciklər nümayiş etdirildi. Anım tədbirində  şəhid Rauf Əliyevin sinif və tələbə yoldaşları, müəllimləri onun haqqında ən xoş xatirələrini bölüşdülər. Sonda şəhidin valideynləri çıxış edərək məktəb rəhbərliyinə Raufun xatirəsini əziz tutduqları üçün təşəkkür etdilər.

Tədbir bitdikdən sonra şəhidimizin məzarını ziyarət etmək üçün tədbir iştirakçıları II Fəxri Xiyabana yollandılar. Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyinin, din xadimlərinin, qazilərin də iştirak etdiyi tədbirdə qəhrəman şəhidimiz Rauf Əliyevin döyüş yolundan danışıldı, ruhuna dualar oxundu.

Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi