Bərk məişət tullantılarının idarə edilməsi
Bərk məişət tullantılarının idarə edilməsinin təşmilləşdirilməsinə dair 2018 – 2022 – ci illər Milli Strategiyanın ümumtəhsil məktəblərində həyata keçirilməsi ilə əlaqədar BŞTİ – nin müvafiq tapşırıqları mütəmadi olaraq məktəbdə icra olunur. May ayının 27 – də məktəbin biologiya müəllimi İlhamə Pəncəliyeva 6 – cı sinif şagirdlərinin iştirakı ilə “İkinci həyat” adlı tədbir keçirdi. Tədbir Microsoft Teams platforması üzərindən onlayn təşkil edildi. Tədbirdə məktəb rəhbərliyi, fənn müəllimləri iştirak etdilər.
Şagirdlər əvvəlcə məişət tullantıları, onların idarə olunması və utilizasiyası haqqında geniş təqdimatlar etdilər, daha sonra isə məişət tullantılarına ikinci həyat verərək düzəltdikləri maraqlı əl işlərini və rəsmləri göstərdilər. Eyni mövzuda daha bir tədbir ibtidai sinif müəllimi Mətanət Nəcəfova tərəfindən 2 “E” sinif şagirdlərinin iştirakı ilə keçirildi. Hər iki tədbirdə şagirdlərin hazırladıqları əl işləri 1 iyun tarixində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar məktəb foyesində yaradılan xüsusi guşədə sərgiləndi.