19 nömrəli tam orta məktəb ekoerudit yarışmasının zona mərhələsinin qalibi olmuşdur

“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin birgə əməkdaşlığı ilə keçirilən “Ekoerudit” məktəblilərin ekoloji breyn-rinq bilik yarışının Bakı zona mərhələsi başa çatıb.Bilik yarışının Bakı zona turunda şəhərin 18, 19, 32, 71, 86, 156, 186, 207, 239, 273, 276, 318 nömrəli məktəblərin, eləcə də Zəngilan rayonu 4 nömrəli tam orta məktəbin və Şuşa rayonu 1 nömrəli Malıbəyli kənd orta məktəbinin komandaları olmaqla, ümumilikdə 14 komanda iştirak etmişdir.26 may 2016-cı il tarixində keçirilən yarışda tərkibi VIII-XI sinif şagirdlərindən təşkil edilmiş və 5 nəfərdən ibarət olan komandalar ümumtəhsil məktəblərinin təbiət fənləri, məktəbdənkənar təhsil müəssisələrinin isə ekoloji dərnəklərinin tədris proqramlarına uyğun olaraq ekoloji mövzular üzrə sualları cavablandırmışlar.Ekspert qrupunun rəyinə görə qiymətləndirmədə 3 komanda – Bakı şəhəri 19 nömrəli tam orta məktəbin “Zirvə” komandası I yerə, 276 nömrəli tam orta məktəbin “Qələbə” komandası II yerə, 273 nömrəli tam orta məktəbin “Zəkalar” komandası isə III yerə layiq görülərək Respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi