28 May Respublika Günü

          Məktəbdə may ayının 26 – da karantin rejimi qaydaları gözlənilməklə 8 “Ç” sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Sinif rəhbəri Səlimə Bəkirova və kitabxana müdiri Sevinc Hüseynovanın təşkil etdiyi tədbirdə 28 May Respublika Gününə həsr olunmuş şagird təqdimatları nümayiş olundu. İstedadlı şagirdlər müstəqil və güclü dövlətimizin şəninə bəstələnmiş musiqiləri canlı olaraq müxtəlif musiqi alətlərində ifa etdilər.

            Tədbirin sonunda məktəbin rəhbəri Nailə Cəfərova çıxış edərək şərqdə ilk demokratik respublika olan Azərbaycan Cümhuriyyətinin yaranması tarixinə qısaca nəzər saldı bu uğurlu dövlətçilik yolunda Ulu Öndər Heydər Əliyev və prezident İlham Əliyevin mükəmməl siyasi fəaliyyətindən söz açdı. Sonda tədbir iştirakçılarına təşəkkür elan olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi