Lütfi Zadə və intellektual texnologiya

Məktəbdə rəqəmsal bacarıqlar fənnini tədris edən Aygün Navaşir və Ülviyyə Hacıyeva 6 – cı sinif şagirdləri üçün “Lütfi Zadə və intellektual texnologiyalar” mövzusunda onlayn təqdimat etdilər. Təqdimat görkəmli elm xadimi, azərbaycanlı alim Lütfi Zadənin 100 illik yubileyi münasibəti ilə hazırlanmışdır.
May ayının 21 – də Microsoft Teams platformasından həyata keçirilən tədbirdə görkəmli alimin fundamental – elmi nəzəriyyələrindən, bu nəzəriyyələr əsasında hazırlanan texnologiyalardan bəhs edən slaydlar və videoçarxlar şagirdlərə təqdim edildi.
Şagirdlərin geniş marağına səbəb olan bu təqdimatlar onların texniki elmlərə olan marağını daha da artırdı. Onlar Lütfi Zadənin elmi fəaliyyətinə aid olan bir çox maraqlı suallarla müəllimlərə müraciət etdilər.