“Nizami dünyası” intellektual yarışı

            May ayının 1 – də Microsoft Teams platforması üzərindən Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami dünyası” adlı intellektual müsabiqənin məktəb mərhələsi keçirildi. Məktəbin təşkilatçı müavini, ədəbiyyat müəllimlərini və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən oyun iki mərhələdə təşkil edildi. Əsasən Nizami Gəncəvinin həyat və yaradıcılığını bilmək, Nizami irsini dərindən öyrənmək və istedadlı şagirdləri üzə çıxarmaq məqsədilə təşkil edilən müsabiqədə suallara ən dolğun və dəqiq cavab verən şagirdlər müvafiq yerləri tutdular.

            Müsabiqənin gedişatında ikinci mərhələyə adlamış 20 şagirddən 9 nəfəri mükafatçılar sırasına düşdü. Belə ki, 10 “C” sinif şagirdi İbrahimli Mətin I yerə; 9 “C” sinif şagirdi Məmmədli Fatimə, 9 “D” sinif şagirdi Abbasova Rəşidə, 10 “A” sinif şagirdi Məmmədova Fatimə II yerə; 9 “C” sinif şagirdi Qaytaranzadə Amin, 10 “A” sinif şagirdləri Məmmədova Səbinə və Kərimzadə Ramil III yerə; Rəcəbova Gültəkin və Məmmədov Raif isə həvəsləndirici yerlərə layiq görüldülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi