Peşəyönümlü tədbir keçirildi
19 nömrəli məktəbdə hər zaman şagirdlərin düzgün peşə seçiminə diqqət yetirilir, onlara vaxtaşırı tövsiyyələr verilir, maarifləndirici söhbətlər aparılır. Mövcud şəraitlə əlaqədar həmişə olduğu kimi ali və orta ixtisas, texniki peşə məktəblərinə canlı ekskursiyalar təşkil etmək mümükün olmasa da bu cür tədbirlər onlayn keçirilir.
Belə tədbirlərdən biri aprel ayının 8 – də Azərbaycan Texniki Universitetinin təşəbbüsü ilə təşkil edildi. Məktəbin X – XI sinif şagirdləri Microsoft Teams platforması üzərindən onlayn görüşə qoşularaq universiteti virtual olaraq tanıdılar, orada olan ixtisaslar və təhsil şəraiti haqqında ətraflı məlumat aldılar. Ali təhsil ocağının əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırdılar və bu səmimi görüşdən şagirdlər razı qaldılar.