Peşəyönümlü söhbət

            Mart ayının 4 – də Microsoft Teams platforması üzərindən “Özülü düzgün atılmış bu gün – inamlı sabahın qarantıdır” devizi ilə onlayn tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin düzgün ixtisas seçimində onlara faydalı məsləhətlər vermək və valideynlərə bu məsələdə yardım göstərmək idi.

Toplantıda  məktəbin direktoru, direktor müavinləri, psixoloqu, sinif rəhbərləri, VIII və IX sinif şagirdləri və onların valideynləri iştirak etdi. Təşkilatçı müavin Ülviyyə Məmmədova əvəlcə giriş sözü ilə çıxış edərək, tədbirin məqsədini iştirakçıların nəzərinə çatdırdı və sözü məktəbin direktoru Nailə Cəfərovaya verdi. Nailə müəllimə düzgün peşə seçimi və bunun insan həyatında rolu haqqında ətraflı söhbət apardı, valideynlərə həyati faktlarla nümunələr göstərdi. O, qeyd etdi ki, hansı peşə seçməyindən asılı olmayaraq övladlara dəstək verilməsi, onlara istiqamətlənmiş şəkildə yol göstərilməsi valideynlərin qarşısında duran ən vacib məsələdir.

Daha sonra məktəbin psixoloqu Rəna Abdullayeva mövzu ilə əlaqədar öz fikirlərini söylədi, bu tədris ili ərzində “hansı peşəni seçirəm?” başlığı ilə apardığı anket – sorğunun nəticələri ilə toplantı iştirakçılarını tanış etdi. Bir daha Rəna müəllimə valideynlərə övladları ilə dost olmağı, onların arzu və istəklərini dinləməyi tövsiyyə etdi. Tədbirin sonunda valideynlər və şagirdlərə çıxış üçün söz verildi. Onları maraqlandıran suallar məktəb rəhbərliyi tərəfindən cavablandırıldı, təkliflər dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi