Şagirdlərdə vacib bacarıqları formalaşdırmaq

Məktəbin psixoloqu Rəna Abdullayeva 1 – 3 mart tarixində ibtidai sinif şagirdlərində emosional iradi sahənin inkişafını öyrənmək məqsədi ilə tədbirlər keçirdi. Rəna müəllimə ayrı – ayrı siniflərdə “Fərqli olanı tap”, “Qatar” və s.oyunları keçirərək uşaqlara lazım olan vacib bacarıqları onlara aşılamağa çalışdı.
Şagirdlərə düşünmək , ünsiyyət, öyrənmək, zəhmətə qatlaşmaq, öz sevgisini ifadə etmək və s. bacarıqları öyrətmək məqsədilə keçirilən tədbirlər əslində onların özlərini bir şəxsiyyət kimi hiss etməsinə böyük təsir göstərir. Rəna müəllimə qeyd etdi ki, keçirilən belə tədbirlərin nəticəsi olaraq şagirdlərdə sevinc hissi, bir – biri ilə xoş münasibət, dostluq hissləri müşahidə olunur. Bu əsasla keçirilən tədbirlər davamlı olacaqdır.