Məişət zorakılığına qarşı mübarizə

Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020 – 2023 – cü illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə əlaqədar məktəbdə silsilə tədbirlər təşkil edilir. Məktəbin psixoloqu Rəna Abdullayeva “Məişət zorakılığının uşaq psixologiyasına təsiri” mövzusunda video çarx hazırlamış , valideynlərlə profilaktik iş aparmışdır. Həmçinin məktəb psixoloqu məişət zorakılığına məruz qalan uşaqların aşkar olunması məqsədilə şagirdlər arasında psixoloji anket – sorğu təşkil etmişdir.
Rəna Abdullayeva 15 - 25 fevral tarixində ayrı – ayrı sinif şagirdləri ilə məişət zorakılığı ilə əlaqədar maarifləndirici toplantılar keçirmişdir. Bu görüşlər zamanı onlara ailədaxili münaqişələrdə uşaqların hansı mövqedə olması, özünü necə aparması, vəziyyətin yumşaldılması üçün nə etməli olduqları haqqında çox faydalı məsləhətlər vermişdir. Rəna müəllimə vurğulamışdır ki, hər ailədə xırda söz – söhbətlər ola bilər, əsas odur ki, sonda hər kəs bir – birini başa düşsün və qarşılıqlı anlaşma təmin olunsun.