Xalqımızın qan yaddaşı

            Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar məktəbdə silsilə tədbirlər davam edir. Fevral ayının 26 – da məktəbin tarix müəllimi Arzu Piri “Xocalı həqiqətləri” mövzusunda X sinif şagirdlərinin iştirakı ilə onlayn tədbir keçirdi.

            Əvvəlcə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Arzu müəllimə mənfur düşmənin soyqırım siyasətinin əslində uzaq tarixə gedib çıxdığını diqqətə çatdırdı və bunu faktlarla izah etdi. Şagirdlər Xocalı soyqırımını özündə ehtiva edən şeirlər söylədi, təqdimatlar etdilər. Arzu müəllimə həmçinin 1988 – ci il Sumqayıt hadisələrinə də toxundu. Separatçı dəstələrin əsl üzünü ortaya çıxaran tarixi həqiqətlərlə şagirdləri tanış etdi. 44 günlük Vətən müharibəsində qazanılan zəfər və düşməndən qisasın alınması tədbir boyunca qürur hissi ilə xatırlandı.

Sonda direktor və direktor müavinləri çıxış edərək şagirdlərə vətənə layiq , vətənpərvər şəxsiyyət kimi formalaşmağı, qan bahasına alınan torpaqların üstündə vicdanla, şərəflə gəzməyi arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi