Xocalı soyqırımı – 29 il

            Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F – 38 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəb rəhbərliyinin tapşırığına əsasən Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar xüsusi dərs və onlayn tədbirlər təşkil edildi. Fevral ayının 22 – də 4 “A” sinif şagirdlərinin iştirakı ilə sinif müəllimi Səfiyyə Vəliyeva Xocalıya həsr edilmiş xüsusi dərs keçirdi.

            Dövlət himninin səslənməsindən sonra Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Səfiyyə müəllimə çıxış edərək Xocalı faciəsi haqqında ərtaflı məlumat verdi. Şagirdlər hazırladıqları vətənpərvər ruhda olan şeirləri ifa etdi, hazırladıqları rəsm işlərini göstərdilər. Məkətbin direktoru Nailə Cəfərova sonda çıxış edərək bildirdi ki, əsrlər keçsə də Xocalı soyqırımı unudulmayacaq, düşmənə nifrətimiz azalmayacaqdır. Hər bir vətəndaşın öz xalqının tarixini olduğu kimi yaşadıb gələcək nəsillərə ötürməsi çox vacibdir. Həmçinin direktor Xocalının azad olunduğunu və şəhidlərimizin qisasının alındığını bir daha şagirdlərə xatırlatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi