Məktəblərarası onlayn yarış keçirildi

“Yol hərəkətinin təhlükəsizliyinə dair 2019 - 2023 - cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq fevral ayının 19 – da 1 nömrəli UGİM təşkilatçılığı ilə “Avtomobili uşağınız üçün təhlükəsiz edin!” mövzusunda onlayn yarış keçirildi. Bu yarışın keçirilməsində əsas məqsəd şagirdlərin yol hərəkəti qaydaları haqqında ümumi bilik səviyyələrini yoxlamaq, istedadlı şagirdləri müəyyən etmək idi.
Məktəbin bu onlayn yarışda iştirak edən komandası əvvəlcədən məktəbdaxili seçimlə təyin olundu. Komandanın tərkibinə 5 – ci sinif şagirdləri: İbrahimli Əli, Novruzlu Murad və Hüseynli Əsma daxil idi. Onlayn yarışda Bakı şəhərinin bir çox ümumtəhsil məktəblərinin komandaları iştirak edirdi.
Ümumi bilik mərhələsində məktəbin komandası fəal iştirak etsə də, rəqib komandalar suallara daha dolğun cavablar verdiyindən müvafiq yerləri tutdular. Lakin rəsm mərhələsində Əsma Hüseynlinin işləri bəyənildi və komanda üzvlərinin aktiv iştirakı nəzərə alınaraq onlar təşəkkürnaməyə layiq görüldülər.