Beynəlxalq Ana Dili Günü

21 fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə məktəbin kitabxana müdiri Sevinc Hüseynova və ədəbiyyat müəllimi Fərqanə Abdulova pandemiya şərtləri daxilində tədbir keçirdilər. Tədbirdə 8 ”D” sinfinin bir qrup şagirdi, məktəbin rəhbər işçiləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Fərqanə müəllimə ana dilimizin zənginliyindən, qədim tarixindən danışdı. Daha sonra şagirdlər bütün dünyada hər il qeyd edilən bu günün tarixi haqqında məlumat verdilər. Eyni zamanda şagirdlər Azərbaycanın görkəmli ədiblərinin dilimiz haqqında dedikləri kəlamları, aforizmlərdən danışdılar. Tədbirində şagirdlərin maraqlı rəsm işləri də nümayiş etdirildi. Sonda məktəbin direktoru Nailə Cəfərova çıxış edərək təmiz ana dilində danışmağın vacibliyini bir daha şagirdlərin nəzərinə çatdırdı, yad kəlmələrdən, dilimizə yaraşmayan ifadələrdən istifadədən çəkinməyi və onlara çoxlu bədii kitab oxumağı tövsiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi