Uşaq hüquqlarına həsr edilmiş tədbir keçirilmişdir
19 may 2016-cı il tarixdə 19 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi və QHT-nın dəstəyi ilə Uşaq Hüquqlarına həsr edilmiş tədbir keçirilmişdir. Məktəbin akt zalında keşirilən tədbirdə şagirdlərə uşaq hüquqları ilə əlaqədar məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.Çıxış edənlər qeyd etmişlər ki, hər bir şagird öz hüquqlarını bilməli, gənc nəsil məsuliyyətli və layiqli vətəndaş kimi yetişməli, gələcəkdə ölkəmizin inkişafında öz əvəzsiz rolunu oynaya bilməlidir.