Valideyn iclası keçirildi
Məktəb – şagird – valideyn üçbucağını hər zaman diqqət mərkəzində saxlamaq məqsədi ilə I yarımilin yekunlarına dair ayrı – ayrı siniflərdə onlayn valideyn iclasları təşkil edildi. Valideynlərə övladlarının təlim nəticələri barədə ətraflı məlumat verən sinif rəhbərləri distant təhsil zamanı Teams platforması üzərindən dərslərə qoşula bilməyən şagirdlərlə əlaqədar narahatçılıq keçirdiklərini, belə olan təqdirdə onların qiymətləndirilməsində yaranan çətinliklərdən danışdılar.
Dərslərin fevral ayının 15 – dən etibarən əyani şəkildə davam etdirilməsi qaydaları bir daha valideynlərə izah edildi və onlara tapşırıldı ki, əyani dərsdən imtina etmək üçün gərək məktəbə gəlib xüsusi iltizamnamə yazsınlar. Valideynlər şagirdlərin təhsildən geri qalmaması üçün əlindən gələni əsirgəməyən və müxtəlif vasitələrlə dərs keçən müəllimlərə təşəkkür etdilər. Sinif rəhbərləri pandemiya dövründə gigiyenik qaydalara əməl etməyin vacibliyini bir daha vurğuladı və bunu tezliklə normal həyata dönməyin yollarından biri kimi qeyd etdilər.