Stressdən çıxmağın yolları
Məktəbin psixoloqu Rəna Abdullayeva şagirdlərə pandemiya dövründə stresslə mübarizənin və hormonik həyat şəraitinə nail olmanın yollarını aşılamaq məqsədilə silsilə tədbirlər keçirib. O, Microsoft Teams platforması üzərindən fevral ayının ilk həftəsində VI – IX sinif şagirdləri ilə onlayn görüşlər təşkil edib, onlarla səmərəli söhbət aparıb.
Rəna Abdullayeva şagirdlərə məsləhət bilib ki, stress hissini azaltmaq üçün ilk növbədə özgüvəninizi artırmalı, baş verən neqativ halları müsbət tərəfdən yanaşmağı bacarmalı, ailədə valideynlər, məktəbdə isə müəllimlər tərəfindən sizə qarşı olan tənqidi fikirləri səmimi qəbul etməlisiniz. Şagirdlərə bir daha izah olunub ki, bütün maneələrə üstün gələrək həyəcanı, təlaşı özündən kənara çıxarıb mükəmməl enerjiyə sahib olmaq mümükündür. Şagirdlərə həmçinin stressin əslində orqanizmin qoruyucu hissi olduğu, davamlı olduğu halda isə yarada biləcəyi səhhət problemlərindən danışılıb.