Şagirdlərlə psixoloji söhbət
Fevral ayının 1 – dən etibarən məktəbdə I – IV siniflərdə əyani dərslərin başlanması ilə əlaqədar bütün lazımı işlər görüldü. Şagirdlərin məktəbə girişi bütün karantin qaydaları gözlənilməklə təmin edildi. Onların hərarəti ölçüldü, gigiyenik məhlulla əlləri təmizləndi.
Şagirdlərin 3 ay fasilədən sonra məktəbə gəldiyi ilk gündə psixoloq Rəna Abdullayeva ayrı – ayrı siniflərə daxil olaraq söhbətlər apardı. Onlarda uzun müddət evdə qalmaqla əlaqədar yarana bilən fəsadları aşkarlamaq və aradan qaldırmaq məqsədilə maarifləndirici və motivasiyaverici söhbət aparan Rəna müəllimə bir neçə əyləncəli oyun da keçirdi. Əksər şagirdlərdə məktəbə adaptasiya, diqqət xüsusiyyətinin normada olması müşahidə olundu.