Mən qalibəm
Pandemiya dövründə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də müəyyən çətinliklərlə üzləşdik. Lakin görülən tədbirlər nəticəsində koronavirusa müəyyən qədər qalib gəldiyimizi deyə bilərik. Fevralın 1 - dən əyani dərslərin mərhələli şəkildə başlanması ilə əlaqədar şagirdlərdə özgüvən hissini yaratmaq, düşdükləri psixoloji vəziyyətdə onlara yardım etmək məqsədilə məktəbin psixoloqu Rəna Abdullayeva 7”E” sinfinin bir qrup şagirdi ilə onlayn söhbət apardı.
Rəna Abdullayeva pandemiya ilə bağlı bütün tədbirlərin müsbət nəticələnəcəyi, gigiyenik qaydalara əməl edildiyi təqdirdə virus üzərində tam qələbə çalmağın mümükünlüyünü qeyd etdi. Şagirdlər elə tədbir müddətində özgüvən hissini göstərən müxtəlif rəsm işlərini nümayiş etdirdilər.