Məktəbdaxili qiymətləndirmə yekunlaşdı

            Xüsusi karantin rejimi dövründə bütün təhsil müəssisələrində summativ qiymətləndirmənin aparılması təlimatına uyğun olaraq məktəbdə yanvar ayının 22 – dən başlayan qiymətləndirmə 26 yanvar tarixində yekunlaşdırıldı. Məktəb rəhbərliyinin müvafiq sənədə əsasən verdiyi tapşırıqlar əsasında müəllimlər həm Microsoft Teams, həm də digər proqramlar – Zoom, Whatsapp və.s vasitəsilə II-XI siniflərdə şagirdlərin I yarımil qiymətləndirilməsini həyata keçirdilər.

            Təsviri incəsənət, texnologiya fənnləri üzrə qiymətləndirmələr test, layihə və əl işləri vasitələri ilə keçirildi. Məktəbdaxili qiymətləndirmədə internet çıxışları məhdud olduğu üçün iştirak edə bilməyən şagirdlər isə yaxın günlər ərzində məktəbə dəvət olunacaq. Onlar üçün qiymətləndirmə əyani formada təşkil ediləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi