Fənn olimpiadasının məktəb turu keçirildi

            Yanvar ayının 16 - da Respublika Fənn Olimpiadasının məktəb turu Microsoft Teams platforması üzərindən təşkil olundu. Azərbaycan dili, Azərbaycan tarixi, riyaziyyat, ingilis dili, coğrafiya, kimya, fizika və bilogiya fənnlərindən VIII - XI sinif şagirdlərinin iştirakı ilə olimpiada mövcud vəziyyətlə əlaqədar Teams platformasından əvvəlcədən müəyyənləşdirilmiş müəllimlərin nəzarəti ilə fənlər üzrə ayrı - ayrı virtual otaqlarda onlayn qaydada həyata keçirildi. Şagirdlərə əvvəlcədən hazırlanmış müxtəlif açıq və qapalı tipli testlərin linki göndərildi və bilavasitə müəllimlərin nəzarəti ilə onlar verilən tapşırıqları həll etdilər.

            Məktəb rəhbərliyinin müntəzəm olaraq nəzarəti ilə olimpiada heç bir texniki problem olmadan başa çatdı. Müvafiq olaraq fənnlər üzrə metodbirləşmə sədrləri olimpiadanın nəticələrinə dair hesabatları günün sonunadək hazırlayıb məktəb rəhbərliyinə təqdim etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi