Yol nişanlarını tanıyaq!

            Dekabr ayının 29 - da Microsoft Teams platforması üzərindən məktəbin 5 "C" sinif şagirdlərinin iştirakı ilə "Yol nişanlarını tanıyaq" adlı dərs keçirildi. Dərsi 5 "C" sinfində  həyat bilgisi fənnini tədris edən müəllim Ülviyyə Məmmədova təşkil etdi. Əsas məqsəd isə şagirdləri yol nişanları ilə əlaqədar daha ətraflı məlumatlandırmaq idi.

            Əvvəlcə şagirdlər müəllimin tapşırığına əsasən yol nişanları haqqında təqdimatlarını nümayiş etdirdilər. Daha sonra Ülviyyə müəllimə hər bir yol nişanının tələblərinə əməl etməyin onların sağlamlığı üçün nə qədər vacib olduğunu diqqətə çatdırdı. Şagirdlərə həmçinin "Yol hərəkəti qaydaları haqqında" Azərbaycan respublikasının qanunundan məhz onlara aid bir neçə bənd oxundu.

            Dərsin gedişi müddətində ümumilikdə şagirdlər onların əməl etməli olduqları 30-a yaxın yol nişanı ilə ətraflı tanış oldular.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi