Qazilərlə görüş

            Yanvar ayının 7 – də Microsoft Teams platforması üzərindən məktəb kollektivinin qazilərlə görüşü təşkil olundu. Toplantıya məktəbin məzunları olmuş, Vətən müharibəsinə Hərbi səfərbərliklə qatılan, Cəbrayıl, Hadrut, Füzuli, Xocavənd, Xankəndi, Şuşa istiqamətində gedən döyüşlərdə fəal iştirak edərək qəhrəmanlıq göstərən, ixtisasca geoloq olan İlkin Zeynallı və həkim Emin Mikayıllı dəvət edildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nailə Cəfərova hər kəsi salamladı və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatrəsinə bir dəqiqəlik sükut elan etdi. Dövlət himninin səslənməsindən sonra 7 “A” sinif şagirdləri və sinif rəhbəri Fəridə Babazadənin rəhbərliyi ilə qazilərimizə həsr edilmiş maraqlı təqdimatlar göstərildi, şeirlər ifa edildi. Tədbirin gedişi boyunca şagirdləri maraqlandıran suallar qazilər tərəfindən ərtaflı cavablandırıldı. Qəhrəman döyüşçülərin söhbətləri hər bir toplantı iştirakçısına qürurlu anlar yaşatdı. Məkətbin direktor müavinlərinə, müəllimlərinə, həmçinin qazilərin ailə üzvlərinə də ürək sözlərini demək üçün çıxış verildi. Maraqlı və səmimi söhbətlərlə toplantı yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi