Məktəbin qəhrəman oğulları

             Məktəbin məzunu olmuş və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Rauf Əliyev prezident cənab İlham Əliyevin sərəncamı ilə iki medalla - "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi. Bu xəbəri eşidəndən sonra məktəbin direktoru Nailə Cəfərova və direktor müavinləri dekabr ayının 31 - də şəhidin ailəsi ilə görüşdülər. Şəhidin ailə üzvləri məktəb rəhbərliyinə övladlarının keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verdi və gəlişi üçün onlara minnətdarlıq etdi.

            Məktəbin digər məzunları Mirzəzadə Eldar Aydın oğlu da ərazi bütövlüyümüz uğrunda gedən şiddətli döyüşlərdə igidlik göstərdiyi üçün 3 medalla - "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olundu. Həmçinin məktəbin digər məzunları - Qurbanlı Kamran İxtiyar oğlu "Füzulinin azad olunmasına görə" , "Cəbrayılın azad olunmasına görə" , Allahverdiyev Allahverdi Şəmsəddin oğlu  "Şuşanın azad olunmasına görə", Məmmədov Kamran Vaqif oğlu "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" , "Vətən müharibəsi iştirakçısı", Hümbətov Cavad Səfər oğlu "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medallarına layiq görüldülər. Məktəb rəhbərliyi məzunların bu cür igidliyinə görə çox sevindi və ailələri ilə əlaqə saxlayıb onlara təbriklərini çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi