Müsabiqə qalibləri

            Dekabr ayının 15-də Qlobal Ekoloji Fond tərəfindən maliyyələşən "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə konvensiyasına Azərbaycanın Dördüncü Milli Məlumatının hazırlanmasına texniki yardım" layihəsi çərçivəsində ETSN, BMT İP və TN Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təçkilatçılığı ilə "İqlim dəyişilmələri və əhalinin sağlamlığı" onlayn sosial vloq müsabiqəsinin mükafatlandırma mərəsimi keçirildi.

            Məktəbdən bu müsabiqədə 16 - 19 yaş kateqoriyası üzrə iki şagird - Əliyev Fərəməz və Əhmədova Nübar təşkilatçı müavin Ülviyyə Məmmədovanın rəhbərliyi ilə " Yaşıllıqların insan sağlamlığına təsiri" mövzusunda vloq hazırlayıb iştirak etmişdilər. Çox sevindirici haldır ki, şagirdlərin qrup halında hazırladıqları vloq bu yaş kateqoriyasında III yerə layiq görüldü.

            Mükafatlandırma mərasimində çox mötəbər qonaqlar - Təhsil Nazirinin müavini Firudin Qurbanov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, BMT - nin ekoloji məsələlər üzrə əməkdaşı Charu Bist və s.iştirak edərək qalib olan şagirdləri ürəkdən təbrik etdilər. Bir daha vurğulandı ki, ətraf mühitin sabitliyi, təbii sərvətlərdən səmərəli istifadə, təbiətin tarazlığının qorunması bilavasitə insanların fəaliyyətindən asılıdır. Tədbirdə həmçinin erməni terroruna məruz qalmış Azərbaycan torpaqları, fauna və floraya dəyən ziyandan bəhs edildi.

            Şagirdlərimizi bu qalibiyyət münasibəti ilə təbrik edir, gələcək müsabiqələrdə uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi