Qarabağ Azərbaycandır!
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə şagirdlərə məlumat verilməsi məqsədilə videokonfrans keçirildi. Məktəbin tarix müəllimləri Arzu Piri və Vəfa Heydərova 9-11-ci siniflərin şagirdləri üçün bu barədə dekabr ayının ilk həftəsində ayrı – ayrı tarixlərdə videomühazirə təşkil etdilər.
Videokonfransda məktəbin direktoru və direktor müavinləri də iştirak etdi. Hər iki tarix müəllimi ölkə prezidentinin “Dəmir yumruq” əməliyyatı ilə 30 il işğal altında olan torpaqlarımızı geri almaq üçün yeritdiyi daxili və xarici siyasətinin, ordu quruculuğunun təfərrüatları haqqında geniş mühazirə söylədilər. Siyasi müstəvidə tam həllini tapmayan Qarabağ məsələsi Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı ilə hərb meydanında öz həllini tapdı. Çıxışlarında müəllimlər qeyd etdilər ki, Rəşadətli Ordumuz tərəfindən darmadağın edilmiş Ermənistan ordusu bir daha çətin ki, özünə gələ bilsin. Kopitulyasiya sənədinə imza atmağa məcbur olan Ermənistanın siyasi rəhbərliyi bir də çətin ki, Azərbaycanla müharibə etməyə can atsın.Tarixi və əzəli torpaqlarımız olan Qarabağla bağlı şagirdləri maraqlandıran suallara tarix müəllimlərimiz hər tərəfli cavab verdilər.