Zərərli vərdişlərə yox deyirik

            1 dekabr – Ümumdünya QİÇS- lə Mübarizə Günü münasibəti ilə Microsoft Teams platforması üzərindən virtual tədbir oldu.”Zərərli vərdişlərə yox deyirik” başlığı ilə təşkil edilmiş tədbir məktəbin təşkilatçı müavini Ülviyyə Məmmədova tərəfindən 6”A” sinif şagirdlərinin iştirakı ilə həyata keçirildi. Ülviyyə müəllim şagirdlərə zərərli vərdişlər haqqında hazırladığı  maarifləndirici video çarxı nümayiş etdirdi. Tədbirdə vurğulandı ki, qeyri - sağlam həyat tərzi sürmək, şəxsi gigiyenaya laqeyd yanaşmaq insanların müxtəlif xəstəliklərə, həmçinin QİÇS kimi qoxulu bir bəlaya düçar olmasına səbəb ola bilər.

            Onlayn tədbir zamanı şagirdlər hazırladıqları müxtəlif fotostendləri, çəkdikləri rəsmləri ekran paylaşımı edərək təqdim etdilər. Şagirdləri maraqlandıran suallar təşkilatçı müəllim tərəfindən cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi