Virtual məktəbdə dərslər davam edir

            Mövcud pandemiya şəraitində təhsilin virtual məktəbdə Teams platforması üzərindən davam etdirilməsi ən uyğun üsul hesab edildiyi üçün dərslər ara verilmədən bütün siniflər üzrə keçirilir. Məktəb rəhbərliyinin pedaqoji şuranın sonuncu iclasında tapşırıqlarına əsasən müəllimlər təhsilin vəziyyətə uyğun olaraq davam etdirilməsi üçün əllərindən gələni əsirgəməyirlər.

            Virtual məktəb üzərindən müntəzəm olaraq üzürlü səbəblərdən dərslərə qoşula bilməyən şagirdlərlə bağlı araşdırmalar aparılır. Həmin şagirdlər sinif rəhbərləri vasitəsi ilə fənn müəllimlər ilə əlaqələndirilir və onlara vaxtaşırı tapşırıqlar verilir. Həmçinin tövsiyyə edilir ki, teledərsləri fasiləsiz olaraq izləsinlər.

            Virtual məktəbdə dərslərin gedişinə tez - tez direktor və direktor müavinləri tərəfindən nəzarət edilir. Dərsə gecikən, üzürsüz səbəbdən dərsə qoşulmayan müəllimlər haqqında müvafiq tədbirlər görülür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi